İtkin düşən 13 yaşlı oğlan tapıldı - Yenilənib - Foto

itkin-dusen-13-yasli-oglan-tapildi
Oxunma sayı: 7295

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, 2012-ci il təvəllüdlü Əhmədov Vüsal Zahid oğlu yanvarın 15-də günorta saatlarında  Nəsimi Rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində boz idman dəsti olub. 

Məlumata görə, Vüsal autizm sindromludur. 

Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, axtarış elan edilib. Azyaşlının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

DİN-in son açıqlamasına görə, azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.