İtkin düşən 17 yaşlı oğlan tapıldı - Yenilənib

itkin-dusen-17-yasli-oglan-tapildi
Oxunma sayı: 1923

Bakıda 17 yaşlı oğlan 3 gündür ki, itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi rayonunda yaşayan 2003-cü il təvəllüdlü Kamal Eminov fevralın 3-ü saat 13 radələrində evdən çıxaraq “20 Yanvar” metrostansiyasının yanına gedəcəyini deyib. Lakin bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciət edərək bildirib. Hazırda Kamalın axtarışları davam etdirilir.

***

Kamal Eminov fevralın 5-də Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Murad Əhməd