İtkin düşən ana və 3 uşağı tapıldı

itkin-dusen-ana-ve-3-usagi-tapildi
Oxunma sayı: 1749


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə barədə qadının yaxınları Ucar Rayon Polis Şöbəsinə məlumat veriblər. Bildirilib ki, 2014-cü ilin fevral ayında Zığ qəsəbəsində kirayə evdə yaşayan 1978-ci il təvəllüdlü Samirə Babayeva, övladları 16 yaşlı Xalis Süleymanov, 14 yaşlı Fatimə və 6 yaşlı Elşad ilə birlikdə evdən çıxıb, itkin düşüblər.

İş barədə materiallar rayon polis şöbəsindən Suraxanı RPİ 33-cü Polis Bölməsinə daxil olub. 

Bölmədən “Qafqazinfo”ya verilən məlumata görə, itkin düşməsi haqda məlumat verilən şəxslər tapılıb. Müəyyən olunub ki, qadın əri ilə yaşamaq istəmədiyi üçün uşaqlarını da götürüb evdən gedib. 

Murad Əhməd