İtkin düşən balıqçıların adı məlum oldu

itkin-dusen-baliqcilarin-adi-melum-oldu
Oxunma sayı: 1091


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 13-də Lənkəran rayon sakinləri Ceyhun Mahmudov və İbrahim Məmmədov “Yamaha-55” markalı qayıqda balıq tutmaq üçün dənizə gedib və geri qayıtmayıblar. 

Görülən tədbirlərlə həmin gün saat 13 radələrində qayığa məxsus taxta ayaqaltı və yanacaq çəni dənizdə tapılıb. Onların axtarışı davam etdirilir.


Murad Əhməd