Bu ilin yanvarında Lənkəranda dənizdə balıq tutarkən itkin düşən, cəsədi Xəzərin İran sahilində tapılan Mahmud İbayevin cənazəsi ölkəmizə gətirilib.
“Qafqazinfo” xəbər verir ki, bu gün axşam saatlarında mərhumun nəşi dəfn olunması üçün ailəsinə təhvil verilib.
Qeyd edək ki, Lənkəran rayonu Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud İbayev həmkəndlisi 1968-ci il təvəllüdlü Nazim Abbasovla birgə dənizdə itkin düşmüşdü. Fevralın 21-də N.Abbasovun meyiti tapılıb.
Ötən ay isə itkin düşən balıqçılardan digəri Mahmud İbayevin cəsədi Xəzərin İran sahilində aşkarlanmışdı.
Surxay Şahbazov


Son xəbərlər
Son Xəbərlər