Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.
Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər