İtkin düşən gəncin meyiti tapıldı

itkin-dusen-gencin-meyiti-tapildi
Oxunma sayı: 4892

Sentyabrın 12-də Göyçay rayonunda itkin düşən gəncin meyiti tapılıb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bu gün Şirvan su kanalının rayonun Bığır kəndindən keçən hissəsində həmin şəxsin meyiti tapılıb.

Araşdırma aparılır.

Tural Hüseynli