Dünən İsmayıllı rayon Kürdmaşı kənd sakini 26 yaşlı Qasımov Əli Elman oğlu itkin düşüb.
“Qafqazinfo”nun məlumatına görə, o, saat 17:00 radələrində yaşadığı kənddən bir neçə km aralıda olan gölə gedib.
İlkin məlumata görə, Ə. Qasımov çimmək üçün gölə girib, sonra ondan xəbər olmayıb.
***
Baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər