İtkin düşən kişinin kanaldan meyiti tapıldı

itkin-dusen-kisinin-kanaldan-meyiti-tapildi
Oxunma sayı: 1838

Bir neçə gün öncə itkin düşən Qax sakininin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayan rayonun Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayevin meyiti kənd ərazisindəki su kanalından tapılıb.

Məlumata görə, əvvəl kanalda su olmayıb. Daha sonra kanala su buraxılanda meyit üzə çıxıb. Onun içkiyə meyilli şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.