İtkin düşən neftçilərin axtarışı davam edir

itkin-dusen-neftcilerin-axtarisi-davam-edir
Oxunma sayı: 1114

Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10-cu özüldə yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün FHN aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.