İtkin düşən polis “Topaz”da uduzubmuş

itkin-dusen-polis-topazda-uduzubmus
Oxunma sayı: 3747

Bir neçə gün əvvəl itkin düşüb sonra tapılan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovla bağlı yeni məlumat yayılıb.

Qafqazinfo” xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, xidməti avtomobili küçədə nəzarətsiz qoyan, rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edən həmin polisin xeyli miqdarda borcu varmış. Eyni zamanda, Topaz-da da külli miqrdarda pul uduzub. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.