İtkin düşən qızlar tapıldı

itkin-dusen-qizlar-tapildi
Oxunma sayı: 3074


“Qafqazinfo” xəbər verir ki, bu barədə ANS PRESS-ə itkin düşmüş 7-ci sinif şagirdi Tağıyeva Jalə Bəxtiyar qızının dayısı Ənvər Məmmədov məlumat verib. Onun sözlərinə görə, Tağıyeva Jalə Bakıya əmisigilə gedib.

“Jalənin anası bir neçə gün qabaq Bakıya gedib. O da anasının yanına getmək üçün heç kimə heç nə demədən Bakıya gedib. 1200 manatı özü ilə götürməyib, sadəcə pulun yerini dəyişdirib. 1200 manatdan ancaq 10 manat götürüb. Bakıdan qızın əmisi zəng edərək dedi ki, Jalə burdadır”, - deyə Ənvər Məmmədov bildirib.

Qeyd edək ki, Jalənin dayısı qızların itikin düşməsi ilə bağlı xəbər verən zaman Jalənin evdən 1200 manat pul götürərək yoxa çıxdığını demişdi.