İtkin düşən yaşlı kişi asılmış halda tapıldı

İtkin düşən yaşlı kişi asılmış halda tapıldı
Oxunma sayı: 2407

Qaxda itkin düşən 82 yaşlı kişi asılmış vəziyyətdə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 1-i səhər saatlarında itkin düşən Qax rayon Ləkit kənd sakini Ağamalıyev Aslan Nuru oğlu elə həmin kənd ərazisindəki meşəlikdə asılmış vəziyyətdə aşkar olunub.

Hadisə yerini hüquq-mühafizə orqanlarının və prokurorluq əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi