İtkin düşmüş 10 nəfər bir gündə tapıldı

itkin-dusmus-10-nefer-bir-gunde-tapildi
Oxunma sayı: 2330

Mayın 29-da itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 15-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, aprelin 16-da  Beyləqan rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, aprelin 18-də  Xaçmaz rayonu ərazisində 4 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 34 yaşlı qadın, mayın 6-da  Naxçıvan şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 27-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı qız və mayın 27-də Şəmkir rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 54 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.