İtkin düşmüş mağaza sahibinın axtarışları davam etdirilir - Video

itkin-dusmus-magaza-sahibinin-axtarislari-davam-etdirilir
Oxunma sayı: 3545

Xəbər verdiyimiz kimi, Qəbələdə 49 yaşlı mağaza sahibi Səyavuş Həmidov itkin düşüb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

Həmin görüntüləri təqdim edirik: