İtkin düşmüş rusiyalı aktrisa tapıldı

itkin-dusmus-rusiyali-aktrisa-tapildi
Oxunma sayı: 4176

Bir neçə gündür itkin hesab edilən RSFSR Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada sağ-salamat tapılıb.

Bu barədə “Qafqazinfo” “İzveztiya” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, aktrisanın səhhəti qaydasındadır. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Eyzenşteyn küçəsində yerləşən kinostudiyada televiziya şousunun çəkilişi zamanı tapılıb.

S. Svetliçnayanın dostu İvan Nikolayev “RİA Novosti”yə açıqlamasında bildirib ki, aktrisa qohumlarına yaxın olan yerə köçüb və mətbuatla əlaqə qurmaq istəmir.