Bu il oktyabrın 15-dən itkin düşmüş Quba rayonu Xaltan kənd sakini, 1953-cü il təvəllüdlü Ağaxan İskəndərovun meyiti yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.