İtkin müğənni tapıldı - Yenilənib

itkin-mugenni-tapildi
Oxunma sayı: 6334

Çikaqo polisi irlandiyalı müğənni Şinneyd О'konnorun itkin düşməsi ilə bağlı elan verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 49 yaşlı müğənni mayın 15-də saat 6:00-da evdən çıxaraq velosiped yürüşünə gedib və o andan etibarən ondan heç bir xəbər yoxdur.

Polis müğənninin özünü öldürdüyü ehtimalının olduğunu bildirir. Belə ki, o, bundan öncə- 33 və 45 yaşında intihara cəhd edib.

Ş. О'konnor 1990-cı ildə “Nothing compares 2 U” mahnısı ilə tanınıb. 1991-ci ildə “I Do Not Want What I Haven’t Got” albomuna görə “Qremmi” mükafatını qazanıb.

Müğənni 4 dəfə ailəli olub. Bu evliliklərdən ən kiçiyinin 9, ən böyüyününkünün isə 28 yaşı olmaqla 4 övladı var. Hazırda psixoloq Barri Herriclə evlidir.

***

Çikaqo polisi Şinneyd О'konnoru Vilmett rayonunun ətrafında tapıb. Onun səhhətinin normal olduğu bildirilir.