İtkin neftçilərdən xəbər yoxdur

itkin-neftcilerden-xeber-yoxdur
Oxunma sayı: 951

Dekabrın 15-də Xəzər dənizində neftçilərin olduğu estakadanın uçması, 10 nəfərin itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

Mərkəzi qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisə baş verən gün mövcud hidrometeoroloji vəziyyət, küləyin istiqaməti hər gün olduğu kimi bu gün də mütəxəssislər tərəfindən bir daha təhlil olunub və estakadının dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi davam etdirilməklə, axtarış – xilasetmə əməliyyatlarının həyata keçirildiyi ərazidə suüstü və sualtı maneələr, çox sayda yaşayış olmayan kiçik adaların mövcud olduğu nəzərə alınaraq, qeyd olunan istiqamətlərdə sualtı və suüstü axtarış – xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib.

Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış – xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirir.