İtkin qız tapıldı

itkin-qiz-tapildi
Oxunma sayı: 3920

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb.

“Qafqazinfo” APA-ya istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova yanvarın 27-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

O, polisə verdiyi ifadəsində Sumqayıtdan Bakıya gəzməyə gəldiyini, lakin sonradan yolu azdığını və geri qayıda bilmədiyini qeyd edib.

Qeyd edək ki, T.Axranova yanvarın 25-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxaraq Bakı şəhərinə gəlib. Həmin gündən sonra onu tapmaq mümkün olmayıb.