İtlərinin yerini deyənə yarım milyon vəd etmişdi, tapıldılar

itlerinin-yerini-deyene-yarim-milyon-ved-etmisdi-tapildilar
Oxunma sayı: 4167

Amerikalı müğənni Ledi Qaqanın köməkçisini öldürərək iki itini oğurlayan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Los-Anceles Polis İdarəsi tvitterdə məlumat yayıb. Qeyd olunub ki, sənətçiyə məxsus heyvanlar sahibinə təhvil verilib.

Qeyd edək ki, fevralın 24-də naməlum şəxslər tərəfindən ifaçının köməkçisi, 30 yaşlı Rayan Fişerə dörd dəfə atəş açılıb. O, dünyasını dəyişib, gəzdirdiyi itlər isə cinayətkarlar tərəfindən oğurlanıb.

Qaqa açıqlama yayaraq onları tapan şəxsə yarım milyon dollar verəcəyini bildirib.

Xatırladaq ki, günümüzdə fransız buldoqları kimi tanınan itlər bahalı bir cinsdir. Onların qiyməti 1,5 ilə 3 min dollar arasında dəyişir.