Qonaqları salamlayan ifaçı həyəcanlı olduğunu bildirib:
“Çox həyəcanlıyam. Neçə aydır ki, konsertə hazırlaşıram. Dua edirdim ki, hər şey yaxşı olsun. Bu gün məni tək qoymadığınız üçün hər birinizə təşəkkür edirəm”.
Daha sonra Yahyayeva geyimlərindən danışıb:
“Hər şey bir günün içində hazırlandı.Səhərə qədər geyimlərim üzərində işləmişik. Libaslarımı gənc modelyer Lamiyə xanım tikib. Onu da deyim ki, geyimlərimin çəkisi elə öz ağırlığımdadır. Onlardan biri çox ağırdır, üstünə 2 min qaş düzülüb”.
Mərasimə əməkdar artist Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Xəyyam Nisanov, Emil Bədəlov, Boris, meyxanaçı Namiq Qaraçuxurlu, teleaparıcılar Samir Bayramlı, Şəhriyar Əbilov qatılıb.
Könül
Son xəbərlər
Son Xəbərlər