“İTV-də maaşımı vermədilər”

itv-de-maasimi-vermediler
Oxunma sayı: 2937


"Qafqazinfo" xəbər verir ki, bu sözləri show.az-a açıqlamasında teleaparıcı Günel Hümbətova İTV-nin bu gün onunla bağlı yaydığı açıqlamaya münasibət bildirərkən deyib. O, telekanalı maaşını verməməkdə ittiham edib:

"Bir şey əlavə edə bilərəm. 3 ay ərzində İTV-nin dəvəti ilə kanalda çalışdım, lakin razılaşdırdığımız maaşdan bir qəpik belə mənə pul ödənilmədi. Mənim oradan öz qərarımla uzaqlaşmağıma əsl səbəb də budur. Bir aparıcı kimi kanaldan qazandığım pulu istəməyimə baxmayaraq, mənə maaş ödənilmədiyi üçün öz istəyimlə artıq əməkdaşlığımızı davam etdirmədim.”

Əməkhaqqının ödənilməsini tələb edən teleaparıcı telekanalı müavilənin şərtlərini yerinə yetirməyə çağırıb.

“Mən dəvət olunanda, hər şeyin müqavilə əsasında yerinə yetiriləcəyinə dair söz verilmişdi. Üç aylıq müqavilədə göstərilən maaş ödənilmədi.

Aparıcılığım həm kanalın özü, həm də digər şəxslər tərəfindən bəyilirdi. Hətta Milli teleradio şurasının iki ay öncə çağırdığı müzakirədə, İTV-nin Musiqi departamenti şöbəsində yeganə aparıcı idim ki, yüksək qiymətləndirilmişdim.

Onu da qeyd edim ki, heç mənə kanal tərəfindən işdən çıxarılmağım barədə məlumat da verməyiblər.

Elə indi də telekanaldan müqavilənin şərtlərini yerinə yetirilməsini və haqqımın ödənilməsini tələb edirəm.”