İTV-də yeni təyinatlar

itv-de-yeni-teyinatlar
Oxunma sayı: 1086

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. 
 
“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.
 
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.
 
Bildirək ki, indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib.