Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmli İTV-nin təşviqat kampaniyası ilə bağlı açıqladığı qiymətləri tənqid edənlərə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, İctimai Televiziyada qiymətlərin yüksək olması barədə fikir səsləndirilir:
"Hesab edirəm ki, bu normal bir qiymətdir. Bu qiymət mövcud olan reklam qiymətlərinə əsaslanıb. Kommersiya kanalları seçki dövrünə maliyyə baxımından daha həssas yanaşırlar. İctimai TV seçkidə fəal iştirak etməlidir. Bu dövrdə hansısa şikayət daxil olarsa, bunu qanunvericilik baxımından araşdıracağıq".
Qeyd edək ki, yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat, İctimai Radioda isə bir saniyəsinin qiyməti 7-25 manat arasında dəyişir.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər