İTV-dən işçisinin 6-cı mərtəbədən yıxılmasına - Reaksiya

itv-den-iscisinin-6-ci-mertebeden-yixilmasina
Oxunma sayı: 3170

İctimai Televiziya və Radio Yayımları Şirkəti qurumun binasında baş verən hadisə ilə bağlı məsələyə aydınlıq gətirib.

İTV-dən "Qafqazinfo"ya verilən məlumata görə, telekanalın işçisi Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda o, həkimlərin nəzarətindədir.

Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.

Hadisə ilə bağlı əlaqədar dövlət qurumları məlumatlandırılıb.