İTV-nin duetləri

itv-nin-duetleri
Oxunma sayı: 2754

“Qafqazinfo”nun məlumatına görə, İTV-nin aparıcısı Könül Arifqızı tez bir zamanda səsküylü "Ötən Əsrin Nəğməsi” proyekti ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarıb. Lakin, bu dəfə Könül öz proyektində teleulduzları sınamaq qərarına gəlib. Bizim efirimizin teleulduzları proyektin Yeni il proqramında ötən əsrin hitlərini ifa etdilər. Amma solo yox, duetlə...

Yeri gəlmişkən, duet həmkarlarını teleulduzlar özləri seçdilər. Könül belə hesab edir ki, mahnıların üzərində işləmək bizim aparıcılara belə daha da rahat olar. Məhz ulduzlar teleaparıcılara studiyada kömək etdilər və nəticədə 10 maraqlı duet alındı. Faiq Ağayev və Kamilə Babayeva, Abbas, Bağırov və İlahə Şixlinskaya, Zamiq Hüseynov və Aytən Səfərova, Natəvan Həbibi və İlkin Həsəni, İlqar Muradov və Sənubər İskəndərli, Elnur Məmmədov və Nurlanə Cəfərova, Vüsal Haciyev və Günay Malikqızı, Miri Yusif və Tural Əsədov, Eldar Qasımov və Könül Nağıyeva, Könül Arifqızı və Murad Arif.

Onu da deyək ki, mahnıların əksəriyyəti ingilis və fransız dilində seçilib. Proqramın rejissoru Ceyhun Kərimovdur. Proqram efirə 30 dekabrda İTV-də nümayiş olunacaq.

Aynur Babayeva