İTV-nin əkizlərə təklif xəbəri təsdiqini tapmadı

itv-nin-ekizlere-teklif-xeberi-tesdiqini-tapmadi
Oxunma sayı: 1683

İctimai Televiziya “Eurovision”la bağlı Rusiyanın məşhur əkizləri, əslən Azərbaycandan olan Rauf və Faiq Mirzəyevə müraciət etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qardaşların meneceri müsabiqənin rəsmi fan klubu “İnfe Azerbaijan”a açıqlamasında bildirib. Qeyd olunub ki, İTV əkizlərin Rotterdamda iştirakı barədə təklif irəli sürməyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl kanalın Rauf və Faiqə müraciət etməsi barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Mirzəyev qardaşları 1999-cu ildə İjevskdə anadan olublar. Onlar “детство” mahnısı ilə populyarlıq qazanıblar. Qardaşların bu ifası “Youtube”da 215 milyondan çox dinlənilib.

Bundan əlavə, birinci kanal 2014-cü ildən etibarən təmsilçimizi daxili seçim ilə müəyyənləşdirir.