İTV-nin jurnalistinin “Range Rover”indən 3 min oğurlandı- - Fotolar

itv-nin-jurnalistinin-range-roverinden-3-min-ogurlandi-
Oxunma sayı: 3534


E. Qasımovanın AzNews.az-a verdiyi məlumata görə, hadisə ötən gecə yaşadığı paytaxtın Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi ev 4 ünvanında baş verib. E. Qasımovaya məxsus “Range Rover” markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb. 

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gələrək, faktı qeydə alıblar. Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.