"BakuBus" MMC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şirkətin eks-mətbuat katibi Nuridə Allahyarova yayıb. O bildirib ki, Mənsur Piriyev "BakuBus" MMC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunub.
Qeyd edək ki, Mənsur Piriyev 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentində redaktor, 2006-2008-ci illərdə həmin şirkətdə Televiziyanın elm-təhsil verilişləri departamentində redaktor vəzifəsində fəaliyyət göstərib.
2009-cu ildə TJİB-də ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini, 2010-cu ildən isə Dövlət qulluqçusu kimi təbliğat-təşkilat sahəsində çalışıb.
Son xəbərlər
Son Xəbərlər