İTV-nin Yayım Şurasına yeni sədr seçildi

itv-nin-yayim-surasina-yeni-sedr-secildi
Oxunma sayı: 667

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

“Qafqazinfo” Milli Teleradio Şurasının saytına istinadən xəbər verir ki, iclasda təşkilati məsələyə baxılıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.

Qeyd edək ki, M. İmanov bundan əvvəl Yayım Şurasının üzvü kimi fəaliyyət göstərib. O, 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olub. Ailəlidir, iki oğlu var.

Xatırladaq ki, yarandığı gündən bu günə kimi İTV-nin Yayım Şurasına Cahangir Məmmədli rəhbərlik edib.

Günel Türksoy