İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi

itv-nin-yayim-surasina-yeni-uzvler-secildi
Oxunma sayı: 880

Milli Məclisin  bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təsdiq edilməsi məsələsinə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, namizədlər Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Səsverməyə əsasən A. Həsrət, M. İmanov və H. Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Günel Türksoy