Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə müraciət edib.
İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə İTV rəhbərliyi Avropa Yayım Birliyindən (EBU) tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt səkildə cəzalandırılsın.
Bu isə Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəklində ola bilər.
***
Sözügedən mövzu ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev də APA-ya açıqlama verib. O bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır.
Son xəbərlər
Son Xəbərlər