“Qafqazinfo” xəbər verir ki, 28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Moto festivalı baş tutacaq. Gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin musiqiləri ilə davam edəcək. Qafqaz Moto festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.
Qeyd edək ki, festivalda iştirak pulsuzdur.
Son xəbərlər
Son Xəbərlər