İvan Duke Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - Foto

ivan-duke-azerbaycan-sefirinin-etimadnamesini-qebul-etdi
Oxunma sayı: 1725

Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti İvan Dukeyə təqdim edib.

Səfirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, videokonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov əvvəlcə Prezident İvan Dukeyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Təşəkkürünü bildirən Kolumbiya Prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib. Dövlət başçısı ölkəsinin də Azərbaycanla bütün istiqamətlərdə, xüsusilə iqtisadi-ticari və sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Prezident İvan Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.