İvan Urqant koronavirusa yoluxdu

ivan-urqant-koronavirusa-yoluxdu
Oxunma sayı: 1770

Rusiyanın tanınmış aparıcısı İvan Urqant koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz twitter hesabında məlumat verib.

“Tvitterin sürətinin yoxlanışı. Məndə kovid var. Əlaqənin sonu”,- deyə Urqant paylaşımında qeyd edib.

Aparıcı vəziyyəti barədə təfərrüatları açıqlamayıb.