İvana Trampın ölüm səbəbi bəlli oldu

ivana-trampin-olum-sebebi-belli-oldu
Oxunma sayı: 6571

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Trampın ölüm səbəbi bəlli olub. Belə ki, o, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.  

“Qafqazinfo” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Nyu-York məhkəmə-tibbi ekspertizasının baş mütəxəssisi yayıb. 

Məlumata görə, İvana Trampın dünyasını dəyişməsinə səbəb aldığı xəsarətlər olub. Hazırda polis onun pilləkəndən yıxılması ehtimalını araşdırır. Belə ki, yerli media İvana Trampın evinin birinci mərtəbəsində pilləkəndə aşkar olunduğunu yazır. 

Xatırladaq ki, iyulun 14-ü İvana Trampın vəfat etməsi ilə bağlı məlumat yayılıb. İlkin məlumatda onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilirdi. 

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Onların bu evlilikdən 3 övladı var.