İvanişvili seçkiqabağı vədini “şişirdilmiş ” adlandırdı

ivanisvili-seckiqabagi-vedini-sisirdilmis-adlandirdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, İvanaşvili dünən keçirdiyi brifinqdə jurnalistlərə açıqlama verərək tariflərin qismən aşağı salınacağını, lakin bunun iki dəfəyə qədər azaldılmasının mümkünsüz olduğunu deyib: “Göründüyü kimi biz şişirtmişik”.

Onun sözlərinə görə, yeni hökumət tariflərin azaldılması ilə məşğuldur. Baş nazir bildirib ki, müqaviləyə əsasən “İnter RAO” nun Qardabanidə elektrik stansiyası tikməli idi. Lakin məlum ki, Əməkdaşlıq fondundan 50 milyon hələ elektrik stansiyası yuxarıda adı çəkilən Rusiya şirkətini maliyyələşdirməli olduğu vaxt artıq xərclənmişdi. İvanaşvili qeyd edib ki, bu sferada rəsmiləşdirilən müqavilələrlə bağlı bəzi məsələlər var ki, yeni hökumət onlar üzərində işləyir. O, həmçinin ümid etdiyini bildirib ki, tariflər aşağı düşəcək və hökumət daha çox subsidiyalar qoyacaq və daha çox insana yardım edəcək.

Qeyd edək ki, Gürcüstanın yeni baş naziri ilk iş günüdə ölkədə elektrik enerjisi və qaz tariflərinin aşağı salınmasına hazırlıq getdiyini bildirmişdi.

Konkret rəqəmlər açıqlamasa da baş nazir komandasının tarif siyasətinə yenidən baxdığını qeyd etmişdi: “Artıq bilirik ki, Gürcüstan Azərbaycandan nə qədər havayı qaz alır, kommersiya qiymətləri ilə hansı miqdarda qaz alınır. Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik”