İvanişvili siyasətdən getdiyini açıqladı

ivanisvili-siyasetden-getdiyini-aciqladi
Oxunma sayı: 1877

Gürcüstanın keçmiş Baş naziri, milyarder Bidzina İvanişvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının lideri postundan ayrılacağını və siyasətdən gedəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, İvanişvili bu barədə 11 yanvarda yayımladığı açıqlamada bildirib.

“Missiyamın yerinə yetirildiyinə inanıram. Siyasətdən tamamilə imtina etmək və hökumət zəncirindən tamamilə getmək qərarını verdim. Həm partiya sədri vəzifəsindən, həm də partiyanın özündən ayrılıram”,- deyə İvanaşvili qeyd edib.

İvanişvili gedişinin partiyasını gücləndirəcəyinə, onu canlı və motivasiyalı edəcəyinə və Gürcüstanda hökumətin daha enerjili olmasına səbəb olacağını bildirib.

Xatırladaq ki, İvanişvili 2011-ci ilin oktyabrında 2008-ci ildən bəri Gürcüstanda müxalifəti səssizcə dəstəklədiyini, lakin indi Mixail Saakaşvili ilə açıq bir mübarizə aparmağa, öz partiyasını yaratmağa və 2012-ci ildə keçiriləcək seçkilərə qatılmağa qərar verdiyini açıqlamışdı. 2012-ci ilin oktyabrında onun partiyası ətrafında qurulan koalisiya parlament seçkilərində qalib gəlmişdi.

O, 2013-cü ilin sonunda Baş nazir postundan istefa verərək siyasətdən mülki sektora gedəcəyini bəyan etmişdi.