İvanişvilinin oğlu albom buraxdı - Video

ivanisvilinin-oglu-albom-buraxdi-video
Oxunma sayı: 711

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, 16 yaşlı rep ifaçısı Bera gələcəkdə Qremmi mükafatı əldə etmək istədiyini və gürcü aksenti ilə “sağ ol” demək istəyini bildirib.

Baş nazirin oğlu artıq öz yaradıcılıq nümunəsini ictimaiyyətə təqdim edib.

Belə ki, 2011-ci ilin dekabrında Bera 2,5 mindən çox insan tutan Tiflisin mərkəzindəki Gürcüstanın Dövlət Filarmoniyasının böyük zalında eyni adlı ictimai hərəkatın yaradılmasının təqdimatını keçirib.

Bera İvanaşvili dostları ilə birgə “Gəlin birlikdə gürcü arzusunu reallaşdıraq” ifa edib.