İvanişvilinin sərvəti 31 səhifəyə sığdı

ivanisvilinin-serveti-31-sehifeye-sigdi
Oxunma sayı: 646

“Qafqazinfo”nun gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, İvanaşvili ailəsinin mülkiyyəti 31 səhifədə təsvir edilib. Təkcə Gürcüstan və Rusiyadakı daşınmaz əmlakının - evlər, yaşayış olmayan ərazilər, torpaq sahələri və sairlərin ümumi sayı yüzə çatır.

İvanaşvili və onun həyat yoldaşı Yekatrina Xvedelidze onlarla şirkətin səhmlər və istiqraz vərəqələrinə sahibdirlər.

Bəyannamədə İvanaşvilinin yardım şəklində xərclədiyi məbləğlər də əks olunub.

Büronun məlumatına görə, mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət bəyannaməsi vəzifəyə təyinatından sonrakı iki ay ərzində məsul şəxs tərəfindən doldurulmalıdır.