İvanovun həbs müddəti uzadıldı

ivanovun-hebs-muddeti-uzadildi
Oxunma sayı: 2490

Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini 3 ay uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin teleqram kanalı məlumat yayıb.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. 

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.