İvleyeva ilə əri də yoluxub

ivleyeva-ile-eri-de-yoluxub
Oxunma sayı: 2332

Televiziya aparıcısı və blogger Anastasiya İvleyeva və həyat yoldaşı reper Aleksey Uzenyuk (Elcey) koronavirusa yoluxub. 

“Qafqazinfo” xəbər verir ki, İvleyeva bu barədə öz İnstaqram səhifəsində açıqlama verib. “Mən və ərim koronavirusa yoluxduq. Xatırladım ki, virus heç yerə getməyib, diqqətli olun!” - blogger növbəti paylaşımında isə xəstəliyin simptomları barədə yazıb. 

Öz növbəsində, aparıcının həyat yoldaşı reper Elcey İnstagram hekayəsində pozitiv test nəticəsini paylaşaraq: “Mənim bir tacım var, deməli, mən padşaham. Əgər mən padşahamsa, deməli, bizim gələcəyimiz var”,-deyə qeyd edib. 

Cütlüyün virusa harada yoluxduğu hələ ki dəqiq bilinmir. 

Qeyd edək ki Anastasiya İvleeva və Aleksey Uzenyuk keçən ilin payızında evləniblər.