İxrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar

ixrac-ile-mesgul-olanlar-budceden-subsidiya-alacaqlar
Oxunma sayı: 1127

Maliyyə Nazirliyi ixrac subsidiyası mexanizminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə layihə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə məlumat verib. O bildirib ki, iqtisadçıların uzun müddətdir ki təklif etdiyi məsələyə nazirlik axır ki reaksiya verib: “Belə ki, təqdim olunan layihəyə əsasən, ixrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar. Bu zaman ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək. Təbii ki, bu zaman ixrac olunan məhsulun xammalının ən azı 50 faizinin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq.  Bunlar da düşünürəm ki, vacib şərtlərdir. Bütövlükdə, belə subsidiya ixracın stimullaşdırılması baxımdan əhəmiyyətlidir. Bu müsbət təklif idi və subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir. Çünki şəffaf mexanizmlər ilə subsidiyalaşma səmərəli ola bilər. Ümid edirik ki, yaxın zamanlarda layihə qəbul ediləcək”.

Günel Türksoy