İxtisara düşən işçilərə Poroşenkodan təhdid - - "səsinizi qaldırmayın, yoxsa..."

ixtisara-dusen-iscilere-porosenkodan-tehdid-
Oxunma sayı: 2660


“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, işdən qovulanlarla görüşən dövlət başçısı əvvəl işçilərlə səs tonunu yüksəldərək danışıb, daha sonra isə bildirib ki, əgər onlar da səslərini qaldırsalar hamısını “aradan götürəcək”. 

Əvvəldə Poroşenko emosional şəkildə işçilərə dövlət müəssisəsindən çıxarılmalarının səbəbini izah etməyə çalışıb. O bəyan edib ki, ixtisarların aparılmasında qanunazidd heç nə yoxdur və əksini düşünürlərsə məhkəməyə müraciət edə bilərlər:

“Biz indi dövlət büdcəsinə qənaət edirik. Yanukoviç dövlətə ayda 1,5 milyard qrivenə başa gəlirdi. İndi prezidentə 800 milyon qriven xərclənir, biz onu da ixtisar etdik. Prezident administrasiyası 40% ixtisar olunub. İndi müharibə getdiyi bir vaxtda büdcədən kimsə kimsəni saxlayacaq deyil. Buna görə də ixtisarlar gedir”. 

Bu sözlərdən sonra daha da hiddətlənən kütləni sakitləşdirmək əvəsinə Poroşenko “siz mənə səsinizi qaldırmayın, yoxsa hamınızı indi buradan yığışdıracaqlar”.