İxtisas seçimi başa çatır

ixtisas-secimi-basa-catir
Oxunma sayı: 700

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi sabah saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 9 avqust saat 17:10-a olan məlumata görə 41360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 750  abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi sabah  saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. 
Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.