İYİ Partiyadan çıxıb MHP-yə üzv oldular

iyi-partiyadan-cixib-mhp-ye-uzv-oldular
Oxunma sayı: 4828

İYİ Partiyanın sədri Meral Akşenerin “altılı masa”nı tərk edib geri qayıtmasından sonra partiyada narazılıqlar yaranıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Beykoz səmtində 30 nəfərlik qrup İYİ Partiyadan istefa verərək Milliyyətci Hərəkat Partiyasına (MHP) keçib.

Bundan sonra İYİ Partiya Beykoz Qurucu Şurasının üzvü Saffet Duman da partiyadan istefa verərək MHP-yə üzv olub.

Həmçinin, İYİ Partiyaya üzv olan bir çox şəxs də partiya sıralarını tərk edərək MHP-ni seçiblər.