“İyirmi beş manata aldığım məhsul indi 30-u keçib”

iyirmi-bes-manata-aldigim-mehsul-indi-30-u-kecib
Oxunma sayı: 6757

Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasından yazıb.

“Qafqazinfo”nun xəbərinə görə, ifaçı öz feysbuk səhifəsində bildirib ki, marketlərdə qiymətlər çox qalxıb:

“Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür”.

Onun sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: “Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!”