Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında “Xəzər”in oyun qabağı son vəziyyəti ilə bağlı məlumat verib. H. Cəbrayıloğlunun sözlərinə görə, komanda sabahkı oyuna bütün heyətlə hazırlaşa bilmir. Bunun da əsas səbəbi zədəli futbolçuların çoxluq təşkil etməsidir:
“Artıq 4 gündür ki, komanda Bakıdadır və “Böyük oyuna”a elə paytaxtda hazırlaşırıq. Lakin bizi narahat edən əsas məsələ zədəli futbolçularımızın həddindən artıq çox olmasıdır. 4 futbolçu iynə hesabına ayaq üstə durur və məşqlərə davam edir. Bunlar Skarlatake, Rahid Əmirquliyev, Devid Sakkoni və Slavik Alxasovdur. Zədədən əziyyət çəkən bu futbolçular məşqlərinə davam edirlər və baş məşqçimiz Mustafa Denizli onlara şans versə, sabah meydanda mübarizə aparacaqlar. Lakin bu da son deyil. 3 futbolçumuz var ki, onlar ümumiyyətlə, komanda ilə məşqlərə də çıxa bilmirlər. Braziliyalı müdafiəçi Tiyaqo, Tural Cəlilov və Rasim Ramaldanov “Neftçi”yə qarşı forma geyinə bilməyəcəklər”
Xatırladaq ki, "Neftçi" "Xəzər Lənkəran" görüşü martın 29-da saat 17:00 da başlayacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər