İyulun 1-dən yeni xətt açılacaq

iyulun-1-den-yeni-xett-acilacaq
Oxunma sayı: 1691

Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcək. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.

Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Hökuməti arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.